Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Zirvə toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüşən Rəcəp Tayyip Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesindən danışıb.

Bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat yayıb.

Ərdoğan görüşdə Azərbaycan-Ermənistan danışıqlarının davamlı sülhə çatmasını arzuladığını bildirib və Qafqazda davamlı sabitliyin həm Türkiyə, həm də Rusiya üçün faydalı olduğunu vurğulayıb.

 

Həmçinin, Ərdoğan Rusiya Prezidenti ilə görüşdə Türkiyə və Rusiya arasındakı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparıb. Prezident qeyd edib ki, Türkiyə Ukraynada davam edən müharibənin ədalətli və davamlı sülh ilə nəticələnməsi üçün səylərini davam etdirir və İstanbul danışıqları bu prosesə töhfə verir.

.