Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriyanın Kansleri Karl Nehammerlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Türkiyə-Avstriya münasibətləri və Ukrayna-Rusiya müharibəsi ilə bağlı proseslər müzakirə edilib.

Ərdoğan Ukraynadakı müharibəni sülh yolu ilə tez bir zamanda dayandırmaq üçün tərəfləri dialoq kanalları üzərində işləməyə və təşviq etməyə davam etdiyini bildirib.

.