Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın qardaşının və oğlunun ortaq təsis etdiyi "BMZ Group” dənizçilik şirkəti "Palmali” şirkətinin "Armada” sinifli "Şövkət Ələkbərova” neft tankerini satın alıb.
Türkiyənin "Denizhaber” portalının verdiyi məlumata görə, tanker "Palmali”dən 18 milyon ABŞ dollarına satın alınıb.
"Şövkət Ələkbərova” tankeri 140 metr uzunluğa və 7100 ton yükdaşıma qabiliyyətinə malikdir. Tanker "Palmali” üçün 2014-cü ildə inşa olunub (APA)..