Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin videokonfrans formatında keçiriləcək Zirvə görüşünə qatılacaq.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə lideri buna görə Qvineya-Bisauya səfərini təxirə salıb.

Qeyd edək ki, Prezident Ərdoğan 20-22 fevral tarixlərində Konqo Demokratik Respublikasına, Seneqala səfər edib. O, bundan sonra Qvineya-Bisauya səfər etməli idi.

.