Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərə yollanıb.

ATV.az bildirir ki, Türkiyə mediasının prezidentin mətbuat katibliyinə istinadən məlumatına görə, Ərdoğan sentyabrın 20-26 aralığında keçiriləcək BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak edəcək. 

Türkiyə lideri artıq indidən BMT tribunasından önə çıxaracağı məsələlər barədə açıqlama verib. O bildirib ki, toxunacağı əsas məsələlər Suriya və İraqdakı vəziyyət, terrorla mübarizə və iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd mövzuları olacaq.
.