
İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti Azərbaycanla birgə sənaye parkının yaradılmasına hazırdır.
Bunu İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə İranın Azərbaycandakı yeni səfiri Muctaba Dəmirçilu ilə görüşdə deyib.
Onun sözlərinə görə, Ərdəbil vilayətinin sərhəd ərazilərində infrastruktur və iqtisadi əməkdaşlığı inkişaf etdirmək, birgə imkanlardan faydalanmaq və davamlı olaraq əlaqələri gücləndirmək diqqət mərkəzində saxlanıla bilər.
Ərdəbil valisi İran prezidenti Məsud Pezeşkianın Azərbaycana son səfərində əldə olunan razılaşmaların dəqiq şəkildə icra olunmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian 28 apreldə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
.