ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünün ardınca İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və İraqdan olan həmkarları ilə telefon danışıqları aparıb.
Bu barədə İranın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Əraqçi həmkarlarını son hadisələr barədə məlumatlandırıb və hərbi təcavüzün BMT Nizamnaməsinin əsas prinsiplərini kobud şəkildə pozduğunu bildirib. İrana hücum beynəlxalq sülh və təhlükəsizliyə qarşı açıq cinayət kimi xarakterizə edilib.
O vurğulayıb ki, İran suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün bütün müdafiə və hərbi imkanlarından istifadə edəcək.
Xamenei və Pezeşkian sağdır
Bildiyimə görə, Ayətullah Əli Xamenei və Prezident Məsud Pezeşkian sağdırlar.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi NBC News-a deyib.
“Bütün yüksək vəzifəli şəxslər sağdır, hər şey qaydasındadır”, - o əlavə edib.
Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin bu gün İsrailin hava zərbələri nəticəsində böyük ehtimalla həlak olduğu təxmin edilir.
.
