Bakıda "Qanlıgöl” ətrafındakı evlərdən birində qətl hadisəsi törədilib.

BiG.AZ xəbər verir ki, Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb.

Dörd bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerindəcə keçinib. Hadisəni törədən Ə.Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
.