Ölkə prezidentinin qarşıya qoyduğu vəzifələri həyata keçirmək məqsədilə "Azərişıq” ASC paytaxt da daxil olmaqla ölkənin regionlarında, xüssusilə də cəbhə bölgələrində təxirəsalınmaz yenidənqurma, əsaslı təmir-tikinti və bərpa işlərini davam etdirir. "İşıqlı Azərbaycan” layihəsində önəmli və xüsusi yeri olan cəbhə bölgəsində işlər ekstremal vəziyyətlərdə belə aparılır. Bu səbəbdəndir ki, "Azərişıq” ASC cəbhə bölgəsində gücləndirilmiş iş rejimi ilə işləyir.

.