Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama getmək istəyən əhaliyə çağırış edib. 

O, bu barədə özünün “Twitter” hesabında məlumat paylaşıb.

“Səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəniz və COVID-19 pasportunun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərməyiniz tələb olunur.

Şəhid ailələri, qazilər və yaşı 60-dan yuxarı olan Ağdam əhalisinə üstünlük verilir”, - deyə E.Hüseynov qeyd edib.

 

 

.