Növbəti ildən başlayaraq azad edilən ərazilərə qayıdış prosesi intensivləşəcək.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, 2026-cı ilin sonunadək 26 min ailənin təkcə Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulur: "Ağdam şəhərində 20 min nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Bununla bağlı şəhərdə geniş layihələndirmə işləri yekunlaşmaq üzrədir. Artıq tikinti proseslərinə başlanılıb. Şəhərdə 5 məhəllənin inşası nəzərdə tutulur".

.