“Hər bir Azərbaycan vətəndaşı uzun sürən işğaldan sonra mənfur düşmənin başını dəmir yumruqla əzərək ordumuzun bu rəşadətli qələbəsinə və Ali Baş Komandanın dediyi kimi bir güllə atmadan belə Ağdam rayonunun işğaldan azad olunmasına sevinir”.

Bunu “Report”a eksklüziv açıqlamasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, sahibkarlarla yanaşı sadə vətəndaşlar da Ağdamın bərpasında maraqlıdır: “Sözsüz ki, hamının arzusu budur ki, bu və yaxud digər formada bu prosesdə iştirak etsin. Həm bu rayondan olan məcburi köçkün əhalimiz, həm digər vətəndaşlarımız, həm də iş adamları – hamı bu prosesdə iştirak etmək istəyir. İstəklə bağlı mən bir problem görmürəm. Sadəcə olaraq biz bu işlərin hamısını planlı şəkildə aparmalıyıq ki, effekt, keyfiyyəti təmin olunsun”.

.