Müxalifətçi Emin Hüseynovun rəhbərlik etdiyi Reportyorlarn Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) hüquq müdafiəçisi Leyla Yunusun həbsini, ona və həyat yoldaşına qarşı ittihamları pisləyir.
Yenizaman.az "Turan”a isti9nadən bildirir ki, RATİ bunu Azərbaycanın vətəndaş cəmiyyətinə qarşı repressiya kampaniyasının tərkib hesab edir.
"Leyla Yunus Azərbaycan hakimiyyətinin 2013-cü il prezident seçkilərindən sonrakı amansız repressiya kampaniyasının ən son qurbanıdır”, - RATİ sədri bildirib.
E.Hüseynov hesab edir ki, bu hadisə QHT-lərə qarşı reydlərin, avadanlıqların müsadirəsinin, QHT-lərin bank hesablarına qoyulmuş və bir neçə QHT-nin de-fakto bağlanması ilə nəticələnmiş həbslərin, RATİ-nin tərəfdaşı olan Beynəlxalq Mediaya Dəstək təşkilatı, İREX və Demokratiyaya Milli Dəstək Fondu daxil olmaqla QHT sahəsində çalışanların ölkə daxilində və xaricdə təhdid və hüquqi təqibinin də daxil olduğu vətəndaş cəmiyyətinə qarşı təşkil olunmuş kampaniyanın fonunda baş verib.
"Biz konkret olaraq, insan hüquqlarının kobud şəkildə pozulmasında iştirak edən Azərbaycan rəsmilərinə qarşı viza qadağası və aktivlərin dondurulması kimi addımların atılmasına çağırırıq”, - E. Hüseynov əlavə edib.
.
