Təmirə ehtiyacı olan məktəblər daim bizim diqqətimizdədir.


Bunu elm və təhsil naziri Emin Əmrullayev nazirliyin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən "Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı"nın açılış mərasimində jurnalistlərin sualını cavablandırarkən deyib.


O bildirib ki, il ərzində 50-70 məktəb ya yenidən inşa edilir, ya bərpa edilir.

Nazir, həmçinin məktəblərdə istilik sistemlərinin xeyli yaxşılaşdığını da qeyd edib.

.