Təhsil müəssisələrində pandemiya qaydalarına dair təlimat təsdiqlənib və artıq bu gündən qüvvədədir”.

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təlimat mövcud şəraitə uyğun olaraq şəxsi-gigiyena və sanitar qaydalara əməl olunması, ümumilikdə şagirdlər arasında sıxlığın idarə edilməsi və bu proses zamanı təhsil müəssisələrinin fəaliyyətini tənzimləməyə yönəlib: “Təbii ki, risklər var. Biz başa düşürük ki, pandemiya hələ bitməyib. Amma təhsili də davam etdirmək istəyirik. Bu isə yalnız Təhsil Nazirliyindən asılı deyil, bütün cəmiyyətimizdən asılıdır. Biz ara məsafəsini nə qədər çox saxlasaq, şəxsi gigiyena qaydalarına riayət etsək və peyvənd olunsaq, bunlar bizə təhsili əyani olaraq davam etməyə imkan verəcək”.

.