
Əməkdar artist Elza Seyidcahan "5/5” verilişinə qonaq olub.
Axşam.az-ın məlumatına görə, müğənni efirə Amerikadan gələn bacısı Rasimə ilə birlikdə qatılıb.
O bildirib ki, bacısı da onun kimi oxumağı bacarır:
"Bacım konservatoriyaya məndən əvvəl daxil olmuşdu. İndi Amerikada yaşayır. Sənətə gəlməmək üçün buradan uzaqlaşdı”.
Rasimə səyahət etməyi sevdiyini, həyat yoldaşı ilə xarici ölkələri gəzdiyini deyib:
"4 ildir Amerikada yaşayıram. Ondan əvvəl isə Çində olmuşam. Yoldaşım səyahət etməyi sevir. Çox ölkədə olmuşuq”.


