Əməkdar artist Elza Seyidcahan "Sevgililər günü” haqqında şeir yazıb.

Oxu.Az xəbər verir ki, o, yeni şeirini "Instagram” hesabında paylaşıb.  

Sevgililər Günündə 

Bilirəm ki, sevirsən.

Nə olsun..

Mən ki, səni sevirəm.

Qoy olsun. 

Qoy dolsun.

Səndə olan çiçəklər.

Mənə çatmaz.

Qoy solsun.

Soyunsun.

Mənim kimi,

Sənin kimi.

Sevgililər sevinsin

Gülüm kimi,

Ətrim kimi 

Çox olsun

Toy olsun

Mən ki səni sevmirəm?

Qoy olsun.
.