Bu il Gəncədə keçiriləcək "Gül bayramı”na Türkiyənin iki məşhur müğənnisi dəvət edilməsi xəbərindən sonra sözügedən şəhərin icra başçısı Elmar Vəliyev haqda haqda çox ilginc iddiaya ortaya çıxıb.
Yenizaman.az Gundeminfo-ya istinadən xəbər verir ki, Gəncənin icra başçısı bu tədbirləri təşkil etmək üçün nə az, nə çox 2 milyon manata yaxın pul xərcləməli oldacaq: "Aldığımız informasiyalara əsasən, E.Vəliyev bu pulu rayonda pulu məmurlar və iş adamları arasında siyahı şəkilində bölüşdürüb. Tədbirin Ümumilli liderin doğum günündə, məhz «Gül bayramı» günü deyil, 3 gün öncə keçirilməsi də maraq doğurur. Aldığımız informasiyalara əsasən buna səbəb mayın 10-da AzTV-da canlı yayımlanmanın mümkün olmaması göstərilir. Gəncxə İcra Hakimiyyətindəki mənbəmiz bildirir ki, hətta AzTV-də canldı yayım almaq üçün birbaşa olaraq Arif Alışanovla danışıqlar aparılıb. Ehtimal olunur ki, Elmar Vəliyev, hətta bu efir zamanını almaq üçün şirinlik də verib".
Məlumatlarda həmçinin bildirilir ki, Hadisənin Gəncəyə gətirilməsi üçün Bakıda yerləşən məşhur Prodakşnlardan birinin vasitəçiliyindən istifadə edilib. Hadisə ilə aparılan danışıqlardan sonra məlum olub ki, Türkiyəli sənətçi Gəncəyə 1.5 milyon manat qonararın müqabilində gəlməyə razılıq verib.
Mustafa Ceceliyə isə yarım milyon manat qonarar verilməsi məsəldəsi razılaşdırılıb.
Qeyd edək ki, adətən dövlət səviyyəsində təşhkil edilən belə tədbirlər üçün büdcədən vəsaitlərin ayrılması nəzərdə tutulur. Lakin Gəncə Şəhər İcra Hakimiyyətinin Mədəniyyət və Turizm İdarəsinin hesabında Hadisə və Mustafa Cecelini Bakıya gətirmək üçün 2 milyon manat vəsaitin ayrıldığına dair heç bir rəsmi informasiya yoxdur. Azərbaycanda icra başçılarının nə qədər əmək haqqı aldığı da hər kəsə bəllidir. 800 manata yaxın bir məbləğlə Türkiyənin dünya şöşrətli müəğənnilərini dəvət edib, heç onların yol xərclərini belə qarşılamaq mümkün deyil.
.