Xarici işlər naziri Elmar Məmmədyarovun Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov ilə telefon danışığı baş tutub.
XİN-dən bildirilib ki, söhbət zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatda mövcud əməkdaşlıq gündəliyini müzakirə ediblər.
Nazirlər mövcud vəziyyətə toxunaraq, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıb və bu xüsusda, qarşılıqlı dəstək və əməkdaşlığın, təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
.
