
Nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində sentyabrın 25-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nuland ilə görüşüb.
Tərəflər Azərbaycan-ABŞ münasibətlərinin durumu, əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin haqqında fikir mübadiləsi aparıblar.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə olunub.
.