Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Malayziyaya məxsus sərnişin təyyarəsinin Ukraynada qəzaya uğraması ilə bağlı bəyanat verib.
AŞ Nazirlər Komitəsinin məlumatına görə nazir bəyanatında baş vermiş hadisədən şoka düşdüyünü bildirib.
"Avropa Şurası Nazirlər Komitəsi adından, bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm” deyə nazir bildirib.
AŞ Nazirlər Komitəsinin sədri cəsədlərin təhvil verilməsi ilə məşğul olan şəxsləri prosesin sürətləndirilməsi üçün səylər göstəməyi çağırıb.
"Mən bu faciənin hərtərəfli, müstəqil və şəffaf istintaqının tez bir zamanda aparılmasına dair çağırışlara qoşuluram".Elmar Məmmədyarov vurğulayıb
Qeyd edək ki, iyulun 17-də axşam "Malaysia Airlines" şirkətinin "Boeing 777" təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində vurulub. 298 sərnişini olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Qəzada sağ qalan olmayıb.
.
