Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində görülmüş işlər müzakirə edilib və bir sıra sahələrdə əməkdaşlıq prespektivlərinə dair fikir mübadiləsi aparılıb.
E. Məmmədyarov R. Morninqstara gələcək fəaliyyətində uğurlar arzulayıb.
.