
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə yola düşüb.
Virtualaz.org Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti 2 dekabr 2014-cü il tarixində NATO-nun Əfqanıstan üzrə xarici işlər nazirləri səviyyəsində mərkəzi mənzil-qərargahında keçiriləcək iclasında iştirak etmək üçün Brüsselə gedib.
İclasda nazir Elmar Məmmədyarovun çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
.