Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

Görüşdə ölkələr arasında əlaqələr və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, bu gün Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə beşinci üçtərəfli görüşü keçiriləcək. Görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.
.