Bakıda Azərbaycan, Türkiyə, Türkmənistan Xarici İşlər Nazirlərinin (XİN) görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli və türkmənistanlı həmkarları Əhməd Davudoğlu və Rəşid Meredovla ikitərəfli görüş keçirib.
APA-nın məlumatına görə, görüşlərdə ölkələr arasında mövcud olan enerji layihələri, iqtisadi münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin gələcəkdə də bir-birini dəstəkləməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Ə. Davutoğlu və R. Meredov arasında keçiriləcək ikitərəfli görüşdən sonra danışıqlar üçtərəfli formatda davam etdiriləcək.
Görüşün yekununda nazirlər birgə bəyanat yayacaqlar.
.