Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını deyib.

Tərəflər Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq münasibətləri ətrafında, o cümlədən ölkəmizlə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə davam edən danışıqlar barədə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Aİ tərəfindən həyata keçirilən etimad quruculuğu layihələri üzrə fikir mübadiləsi aparıldı.

Tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olundu.

.