"Avropa İttifaqı ilə əməkdaşlıq bizim üçün vacib məsələlərdən biridir”.

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Bakıda eston həmkarı Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, tərəflər bu əməkdaşlığı inkişaf etdirmək istiqamətində doğru yoldadır.
Nazirin sözlərinə görə, bu həftə Aİ-nin qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Han Azərbaycana gəlir və o, "Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycanın hazırlığını nəzərdən keçirəcək, öz fikirlərini bölüşəcək.

.