"Keçmiş prezident Barak Obamanın dövründə ABŞ Dövlət Departamenti QHT kimi hərəkət edirdi, nəinki strateji diplomatik alət kimi”.
Bu barədə Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı bildirib.
Azərbaycanın baş diplomatı ABŞ-ın kifayət qədər mürəkkəb tərəfdaş olduğunu deyib.
"Onlar həmişə öz həmsöhbətlərini dinləmirlər, həmişə səni eşitmirlər. Onlar hesab edirlər ki, danışdıqları hər şey həqiqətdir, sən danışanda isə, bu yalnız danışmaq üçündür. Lakin bəzi çətinliklərə baxmayaraq, Azərbaycan-ABŞ münasibətləri kifayət qədər inkişaf edib”, - deyə o bildirib.
