Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb.
XİN mətbuat xidmətindən verilən məlumata görə, Münhen təhlükəsizlik konfransında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Münhen təhlükəsizlik konfransı 31 yanvar-2 fevral tarixlərində keçiriləcək.
.
