Daxili İşlər Nazirliyi Bərdədə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 21-də saat 01 radələrində Bərdə rayonunun Mehdili kəndində Beyləqan rayon sakini Rafiq Mustafayev idarə etdiyi "NAZ-Lifan” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Elnur İmranovun idarə etdiyi "MAZ” markalı avtomobilə vurub. Nəticədə R.Mustafayevin sərnişini Füzuli Muradov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
*****
10:24
Bərdə rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Mingəçevir-Bəhramtəpə yolunun 69-cu kilometrliyində Qarabağ əlilinə məxsus "Naz Lifan" "MAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan şəxslərdən biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
