İranın ali lideri Ayətullah Əli Xamenei Qurban və Qədir-Xum bayramları münasibətilə həbsdə olan 1256 nəfərin əfv olunması barədə fərman imzalayıb.
Bu barədə "Trend" İranın "Mehr" agentliyinə istinadən məlumat verir.
Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Qurban və Qədir-Xum bayramları münasibətilə ali liderə məktubla müraciət etmişdi. Məktubda 1256 məhbusun əfv edilməsi xahiş olunurdu. Ə.Xamenei məhz həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
.