"AXCP qərargahsız öz fəaliyyətini davam etdirir. Ofis icarəyə götürmək istiqamətində cəhdlərimiz nəticəsiz qalıb”. Bunu Modern.az saytına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, partiya əvvəki illərdə olduğu kimi iclaslarını AXCP üzvlərinin mənzillərində keçirir. AXCP rəsmisi onu da əlavə edib ki, AXCP-nin köhnə qərargahının partlamasından sonra sahibkarlar onlara ofis verməyə qorxurlar. "Kimsə cəsarət edib, ofislərini, obyektlərini AXCP-yə icarəyə vermək istəmir”.
Xatırladaq ki, AXCP yeddi il qərargahsız fəaliyyət göstərsə də, 2013-cü ilin oktyabr ayının əvvəlində problemi həll etmişdi
Ancaq bir neçə aylıq fəaliyyətdən sonra AXCP-nin qərargahında partlayış oldu. Hadisənin qaz sızmasından baş verdiyi deyilsə də, AXCP bunun təxribat olduğunu bildirib. Hadisədən sonra qərargahın yerləşdiyi binanın qəza vəziyyətində olduğu əsas gətirilib və AXCP ofisindən çıxardılıb.
.
