Buna səbəb sabiq nazirin ötən məhkəmə prosesində zala daxil olarkən hakimiyyət və prezident haqda səsləndirdiyi sərt ifadələri bir daha eşidilməməsi istəyi olub.
Əli İnsanov məhkəmədə çıxışı zamanı evində aparılan axtarış zamanı tapıldığı deyilən qızıl külçələrin məhkəməyə gətirilməsini tələb edib. O deyib ki, əgər gətirə bilmirsinizsə, deməli, onları yüksək vəzifəli şəxslərdən kimsə özünə götürüb.
Əli İnsanov ifadələrini sərtləşdirərkən hakim tərəfindən ona xəbərdarlıq edilib. Hakim bildirib ki, əgər bu ifadələrini davam etdirsə, proses onun iştirakı olmadan davam etdiriləcək.
Məhkəmədə İqtisadi İnkişaf Nazirliyinin iki əməkdaşı - Samir Vəliyev və Rüstəm Aslanov ifadə veriblər.
Ə.İnsanovun vəkili müvəkkilinin şüşə qəfəs arxasından çıxarılmasını tələb edib. Lakin onun bu vəsatəti təmin edilməyib.
Ə.İnsanov şüşə qəfəs arxasında boğulduğunu və nəfəs ala bilmədiyini deyib. Hakim isə heç bir problemin olmadığını deyərək prosesi davam etdirib.
.