Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barədə Qaradağ rayon Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Ə. İnsanov məhkəməyə ərizə ilə müraciət edib və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş edib. Tərəflər buna etiraz etməyib.
Prosesdə nazirin vəkili Ağaveys Şahverdi vəsatətlə çıxış edib. O, iclasın məhkəmə istintaqı ilə aparılmasını, bəzi sübutların maddi sübutlar siyahısından çıxarılmasını, Ə. İnsanovun narkotik vasitə saxlanılan qabda və cırdığı iddia olunan aktda barmaq izinin olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsini istəyib.
Məhkəmə vəsatətləri təmin etməyib. Proses iyunun 22-də davam edəcək.
.