“Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsi ilə bağlı müzakirələr bu gün konseptual baxımdan həyata keçirilir. İctimai müzakirələr göstərdi ki, belə qanunun qəbuluna ehtiyac var”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, tənqidi fikirlər prosessual məsələlərdən ibarət idi: “Burada ədalətli balans məhz müddətlərə görə pozulurdu. Bu baxımdan qanun layihəsində dəyişikliklər bu müzakirələrdə söylənən fikirlərə əsasən edilib. Müqayisə etsəniz görərsiniz ki, bütün narahatlıq doğuran məqamlar rəqəmlərlə bağlı idi. Rəqəmlər ya iki dəfə azaldılıb, ya da çoxaldılıb. Məhz bu düzəlişlərlə müzakirələr zamanı yaranmış narahatlığı aradan qaldırırıq. Bu layihə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə cavab verir”.

.