Konstitusiya islahatının əsas ideyası dövlət və iqtisadi idarəetmənin daha səmərəli mexanizmlərinin yaradılması üçün zəruri şəraitin təmin edilməsidir.

Bu barədə TASS-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili - İqtisadi islahatlar ili kimi səciyyələndirib. Həmin islahatlar Azərbaycan iqtisadiyyatını qeyri-neft dövründə tələblərlə uyğun olan vəziyyətə gətirməlidir.
"Yeni mərhələnin əsas prioritetləri yerli iqtisadiyyatda rəqabət qabiliyyətinin artması olacaq. Yaxın illərdə və perspektivdə yeni iqtisadi islahatların yol xəritəsi tərtib olunub. Strateji yol xəritəsi 2025-ci ilə qədər və sonrakı illərdə əldə olunacaq ümumi hədəfləri müəyyən edir. Strateji yol xəritəsi çərçivəsində bir il üçün ətraflı yol xəritəsi, iqtisadi inkişaf strategiyası və 2016-2020-ci illər üçün Tədbirlər Planı, 2025-ci il üçün uzunmüddətli proqnoz və 2025-ci ildən sonrakı dövr üçün məqsədli proqnoz hazırlanıb".
"Əminəm ki, Azərbaycan xalqı dövlət idarəetməsinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müadafiəsi üçün daha geniş bazanın yaradılması, aparılan islahatların dərinləşməsi və onların səmərəliliyinin təmin olunmasına yönəlmiş təşəbbüsü dəstəkləyəcək", - deyə Ə.Həsənov vurğulayıb.
Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi zərurəti son 7 il ərzində ölkənin ictimai-siyasi, ictimai-iqtisadi və mədəni həyatında baş verən köklü dəyişikliklər, eləcə də region və dünyada baş verən siyasi və iqtisadi proseslərlə əlaqədar yaranıb".
Bu barədə də Əli Həsənov bildirib.
O xatırladıb ki, Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 və 2009-cu illərdə Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendumlar keçirilib.
"Prezident tərəfindən təklif olunan Referendum Aktında Konstitusiyanın 23-cü maddəsinə dəyişikliklərin edilməsi və 6 yeni maddələrin əlavə olunması nəzərdə tutulub. Dəyişikliklik və əlavələr insan hüquq və azadlıqlarınının müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini, effektiv dövlət idarəetmə mexanizminin formalaşmasını, aparılan iqtisadi islahatların səmərəliliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsini, qanunverici hakimiyyət orqanlarının fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyənləşdirilməsi, dövlət təhlükəsizliyi və ictimai stabillik üçün əlavə zəmanətlərin yaradılmasını özündə ehtiva edir. Ümumilikdə dəyişikliklər cəmiyyətin müasir inkişaf mərhələsindəki əsas fəaliyyət sahəsini əhatə edir" - deyə Əli Həsənov vurğulayıb.
Onun sözlərinə görə, dəyişikliklər Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılmasını nəzərdə tutur: "Yeni idarəetmə institutu müasir çağırışlara prezident idarəetmə formasının adekvatlığını təmin edəcək və forsmajor vəziyyətlərdə dövlət idarəetmə mexanizminin optimal funksionallığı üçün şərait yaradacaq. Dəyişikliklər ölkədə indi uğurla həyata keçirilən iqtisadi islahatların əhatə sahəsini genişləndirməyə xidmət edir. Yeni institutun formalaşması ilə həmçinin Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra olunması mexanizmi də dəqiqləşir və dövlət idarəetməsi mümkün risklərdən sığorta olunur".
.