Bu gün Baş nazir Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə Qırğızıstana işgüzar səfərə gəlib.
Nazirlər Kabinetindən verilən məlumata görə, səfər çərçivəsində Baş nazir Ə.Əsədov Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında qonaq qismində iştirak edəcək, həmçinin bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
.
