Azərbaycanın Baş naziri Əli Əsədovun Rusiya Federasiyasına rəsmi səfəri başlayıb.

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Moskvada, Kremlin divarları yaxınlığında Naməlum əsgərin məzarını ziyarət edərək önünə əklil qoyub.

Qeyd edək ki, bu gün Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.

.