Aprelin 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Bankının regional direktoru Sebastian Molineus ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və məhsuldar əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

.