Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev DİN rəhbəri Ramil Usubovun iddiası haqqında iş üzrə təcili olaraq Nəsimi Rayon Məhkəməsinə çağırılıb.
"Mənə polisdən zəng ediblər və bu gün (sentyabrın 10-da) saat 17:30-da Nəsimi Rayon Məhkəməsinə çağırıblar. Məhkəmədə həbs-qətimkan tədbiri məsələsinə baxılacaq”, - deyə Quliyev "Turan"-a bildirib.
Xatırladaq ki, Quliyev avqustun 20-də öz facebook səhifəsində yol polisinin əməllərini tənqid edib. DİN rəhbəri bunda bütünlükdə polisə qarşı təhqir və böhtan görərək, polisin şərəf və ləyaqətinin müdafiəsi haqqında iddia qaldırıb.
Sentyabrın 8-də məhkəmə linqvistik ekspertiza təyin edib. Quliyev hesab edir ki, bu cinayət təqibi siyasi motivlidir və onun Ziyalılar Birliyinin rəhbəri və Milli Şuranın üzvü kimi ictimai-siyasi fəaliyyəti ilə bağlıdır.
.