Kinodramaturq, Milli Şuranın Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev "EL" Hərəkatından istefa verib. Bu barədə "Report"a E.Quliyev özü bildirib. O, Hərəkatdan istefa verməsinin səbəbini vaxt azlığı ilə əlaqələndirib: "Milli Şurada təmsil olunuram, ona görə də "EL"dən istefa verdim. İki qurumda fəaliyyət göstərməyə vaxtım yoxdur". E.Quliyev "EL" Hərəkatının sədri Eldar Namazovla münasibətlərinin normal olduğunu qeyd edib. Qeyd edək ki, hazırda "EL" Hərəkatı qurultaya hazırlaşır.
.