"Eldar Namazov Milli Şuranın İcra Aparatı rəhbərliyi postundan istefa verib. Bilirik ki, onun işləri çoxdur və qərarı normal qarşılayırıq. Rüstəm İbrahimbəyov da bununla razılaşıb”.
Bunu sessiyada çıxış edən Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli deyib.
O, İcra Aparatı postu ilə bağlı təklifin olduğunu deyib: "Təklif var ki, Milli Şura sədrinin yanında icra aparatı postu ləğv edilsin. Sədrlik aparatı yaradılsın”.
.
