
Sumqayıt şəhərinin "Sülh" küçəsi bir neçə gündür ki, bağlanıb. Şəhərin mərkəzi küçəsində təmir işləri sahibkarlar üçün yenidən ciddi problemə çevrilib. İnfoAZ.org-a daxil olan məlumatlara görə, bu səfər icra başçısı Eldar Əzizov küçənin asfalt örtüyünün dəyişdirilməsini həmin küçə boyu yerləşən obyekt sahiblərinin boynuna qoyub. İş o yerə çatıb ki, yol qırağında yerləşən obyekt sahiblərinə yolun mərmər "bordur"lərini, "Sülh" küçəsinin ortasında yaşıllıq zolağının salınmasını, yaxınlığıdakı binaların fasadlarının təmiri və s. bu kimi planda olan işlər görməyə məcbur edilirlər. Bu işlərin görülməsi üçün isə hər sahibkardan azı 5-10 min manat civarında pul toplanılır. Şəhərin mərkəzi küçəsinin təmiri sahibkarlara belə izah edilir: 1. Binalar şəhərin görünüşünü pozmamalıdır. 2. Dövlət başçısı İlham Əliyevin dekabr ayında Sumqayıt şəhərinə yenidən gəlişi gözlənilir. Ona görə də bütün ətraf cənnətə çevrilməlidir. Etiraz edən sahibkarlar isə obyektlərini itirmək təhlükəsi ilə hədələnir.
.