"Xədicə İsmayılova tamamilə düz deyir və onun sözlərində heç bir irad tutmuram. Mən bu gün Ədliyyə Nazirliyindən fərqli olaraq DİN və MTN-lə çox sıx əməkdaşlıq edirəm. Əgər biz onlarla əməkdaşlıq etməsək, İşgəncələrlə bağlı Azərbaycan Komitəsini təcridxanalara buraxarlarmı? Əlbəttə ki, icazə verməzlər.”
Bu sözləri FaktXeber.com-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Eynulla Fətullayevin yaydığı "satqın siyahı"sına münasibət bildirərkən qeyd edib. Müsahibin sözlərinə adları çəkilən nazirliklərlə əməkdaşlıq etməsələr onlara işgəncələrlə bağlı monitorinq aparmağa imkan verməzlər: "İlk öncə bilməliyik ki, biz hamımız Azərbaycan dövlətinin əməkdaşlarıyıq və bu dövlətdə yaşayaraq buranın çörəyini yeyirik. Bəziləri kimi xarici dövlətlərin şpionları və agentləri deyilik. Həmin agentlər yaxşı şpionluq etdiklərinə görə mükafatlar və qrantlar alırlar. Bu günə qədər Elçin Behbudov qədər Azərbaycanda baş verən işgəncə halları ilə bağlı heç kəs açıqlama verməyib. 1995-ci ildə Elçin Behbudova işgəncələr veriləndə və işgəncəyə döz bilməyib Bakı Baş Polis İdarəsinin 3-cü mərtəbəsində özünü yerə atan insanlarla bağlı açıqlama verəndə çoxları çarpayılarının altında gizlənirdilər.”
.
