Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonu ərazisində “Agro-Lid” MMC tərəfindən salınmış intensiv meyvə bağları ilə tanışlıq olublar.
İclas iştirakçılarına MMC-nin Xocalı rayonu ərazisindəki fəaliyyətləri haqqında məlumat verilib
Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq olub
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Ağdərə şəhərində keçirilən Qərargahın iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonunun Xanabad kəndi ərazisində fəaliyyət göstərən “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin heyvandarlıq kompleksində olublar.
İclas iştirakçıları kompleksdə yaradılmış şərait barədə məlumatlandırılıb və hazır məhsullara baxıblar.
.
