
Bir müddət əvvəl əl-Qaidə qruplaşması tərəfindən Suriyanın Hələb vilayətində girov götürülən italiyalı iki gənc qız sərbəst buraxılıb.
20 yaşlı Qreta Ramelli və 21 yaşlı Vanessa Marzullo ötən il 31 iyul tarixində silahlıların əlinə girov düşmüşdülər. Onlar xeyriyyə təşkilatında könüllü olaraq fəaliyyət göstəriblər.
Yanvar ayında internetdə qızların videokadrları yayımlanmışdı. Qızlar kadrlarda xilas olunmaq üçün İtaliya hökumətinə müraciət edir, İtaliya hökumətinin onların həyatı üçün məsuliyyət daşıdığını bildirirdilər.
İtaliyanın bəzi mətbuat orqanları rəsmi Romanın qızları 12 milyon avroya satın aldığını yazıblar. Lakin iddialar öz təsdiqini tapmayıb.
