"El” Hərəkatının İdarə Heyəti Müsavat Partiyasının əməkdaşlıq sazişi ilə bağlı təklifini müzakirə etsə də, bununla bağlı yekun qərar verilməyib. Bunu APA-ya açıqlamasında "El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. O bildirib ki, İdarə Heyətinin dekabrın 30-da keçirilən toplantısında ümumi rəy belə olub ki, müttəfiqlik və əməkdaşlıq məsələləri Milli Şuranın nəzdində gerçəkləşsin, çünki digər partiyalar kimi, Müsavat Partiyası da Milli Şurada təmsil olunur: "Ancaq Müsavat Partiyasının təklifi ilə bağlı yekun qərar verilməyib. İdarə Heyətinin gələn həftə keçiriləcək toplantısında bu məsələnin müzakirəsi davam etdiriləcək”.
.