Ötən həftə Ekvadorda baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirən insanların sayı 654 nəfərə çatıb.

Bu barədə bazar günü "Associated Press" məlumat yayıb.
Son məlumatlara görə, zəlzələ zamanı yaralananların sayı 12,5 min nəfərə çatıb, 58 nəfər itkin düşmüş hesab olunur, 25 mindən çox insan sığınacaqlarda qalır.

report.az
.