
Fransanın Total şirkəti "Abşeron” layihəsindən çıxmayacaq, deyə Caspian Barrel araşdırmalar mərkəzinin rəhbəri İlham Şaban hesab edir.
Bu həftənin əvvəlində məluma olub ki, Total və E.ON TAP layihəsindən çıxıb. Total əvvəllər «Şahdəniz» və Cənubi Qafqaz qaz kəmərindən çıxıb, TANAP layihəsindən imtina edib. .
«Total-a yaxşı pul versələr də, Fransa Total-ı "Abşeron” layihəsindən çıxmayacaq. Çünki bu yataqda aktivlərinin olmasından şirkət qazanır. Bu aktiv onun səhmlərinə dəstək verir. Ehtimal ki, ikinci quyu qazılandan sonra "Abşeron”un ehtiyatları artacaq. Bu isə şirkətin aktiv və səhmlərinin, həmçinin dividendlərin artmı deməkdir», - deyə ekspert bildirib.
Onun sözlərinə görə, 2013-cü ilin dekabrında məlum idi ki, Total əsas qaz layihəsi və infrastruktur layihələrini tərk edəcək: «O vaxt deyirdilər ki, Total «Şahdəniz-2» layihəsinin imzalanmasını gözləyir. 2014-cü il yanvarın əvvəlində «Şahdəniz» və Cənubi Qafqaz qaz kəmərində payını satmaq üzrə danışıqlara başladı. Payın hamısı (10%) ТРАО şirkətinə satıldı. Buna qədər Total TANAP-a daxil olmaqdan imtina etmişdi».
«Total rəhbərliyi bildirir ki, hasilat şirkəti üçün infrastruktur layihələri profil deyil. Total «Şahdəniz»də passiv səhmdar idi, qəbul edilən qərarlarda mühüm rolu yox idi», - deyə ekspert bildirib.
"Abşeron”un işlənməsinin gecikməsini ekspert qazma qurğusunun olmaması ilə izah edib.
«Bütün qurğular AÇG və «Şahdəniz-2»də məşğuldur. Onlar 2018-ci ildə boşalacaq. "Abşeron”da ilk qaz 2021-ci ildə gözlənilir», - deyə ekspert bildirib.
.