Bu yaxınlarda ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MIT) alimləri Bakıda və Şamaxıda güclü zəlzələnin olacağına dair açıqlama vermişdilər. Amerikalı alimlər hətta zəlzələnin gətirə biləcəyi fəlakətlərlə bağlı da proqnozları açıqlayaraq, Azərbaycanda yüzminlərlə insanın öləcəyini söyləmişdilər. Sözügedən proqnozlardan sonra dünən ölkə ərazisində 5-6 ballıq zəlzələnin baş verməsi əhali arasında ciddi təlaş yaradıb. Hətta bəzi geoloqlar və ekoloqlar amerikalı alimlərin proqnozlarından sonra zəlzələnin baş verməsini birmənalı qarşılamayıblar.
Daima şok effekt doğuracaq fikirlərlə çıxış edən ekoloq Telman Zeynalov, FaktXeber.com-a açıqlaması zamanı söylədi ki, zəlzələ ilə bağlı araşdırma aparan hər hansı bir alim heç vaxt zəlzələnin baş verəcəyinə dair əvvəlcədən proqnoz verə bilmir.
Lakin amerikalı alimlərin Azərbaycanla bağlı 1 həftə əvvəl zəlzələnin olacağına dair proqnoz verdiyini bildirən ekspert, "hətta bildirmişdilər ki, yüz minlərlə insan həlak olacaq. Maraqlıdır ki, bu proqnoz nə dərəcədə realdır? Deməli onlar qabaqcadan hansısa hazırlıq işlər görə bilirlər. Belə ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət xoşuna gəlmədikdə, süni təbii fəlakətlər yaratmaqla təsir göstərmək istəyirlər”, - deyə qeyd etdi:
"Hər hansı bir yerdə zəlzələ baş verməmişdən 8-10 saat öncə bütün heyvanat aləmi oranı tərk edirlər. Lakin Azərbaycanda bu cür hallar baş vermədi. Hətta qonşumuzun iti belə hürmədi.”
Süni zəlzələnin yaradılması mexanizmindən də danışan Telman Zeynalov bunları söylədi: "Hal-hazırda ABŞ-ın, İngiltərənin, Rusiyanın, Norveçin və digər inkişaf etmiş ölkələrin iqlim silahları var. Deməli həmin silah vasitəsilə atmosferin stratosfer qatından üstdə yerləşən ionesferaya şüarlar göndərilir və orada plazma buludları qızışdırılır. Plazma buludları qızışdırıldıqdan sonra isə, yaranan şüa ilə dünyanın istənilən nöqtəsini vurmaq mümkün olur.
.
